Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı istifadəçilərin üstünlük verdiyi sosial şəbəkələr


Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet vasitəsilə sosial şəbəkələrdən istifadə edən “user”lərin böyük hissəsi “Facebook”a üstünlük verir. Sosial şəbəkə istifadəçilərinin (SŞİ) 85,6%-i bu şəbəkədən istifadə edir. Bu rəqəmə təkcə fərdi şəxslər yox, həm də ictimai təşkilatlar, müəssisələr və s. daxildir. Ölkədə istifadəsinə görə ikinci yeri “YouTube” videoportalı tutur - onun istifadəçiləri 8%-ə yaxındır. Dünyada məşhur olan ikinci böyük sosial şəbəkə “Twitter” isə Azərbaycanda o qədər də populyar deyil - ölkədə hər 200 SŞİ-dən yalnız 5-i «Twitter»ə qoşulub.
Qeyd edək ki, bir çox mobil telefonların menyularına da telefon istehsalçıları tərəfindən artıq bu şəbəkələrdən istifadə etməyi birbaşa dəstəkləyən funksiyalar əlavə edilir. Təxmini qiymətləndirmələrə görə, 2010-cu ilin sonuna ölkə əhalisi arasında bütün sosial şəbəkələrdən istifadə edən istifadəçilərin ümumi sayı 320 000 ətrafında olub.

Şəbəkələr

2010

Facebook

85,63 %

YouTube

7,81%

Twitter

2,51%

StumbleUpon

1,75%

NowPublic

0,48%

Digg

0,39%

LinkedIn

0,27%

MySpace

0,22%

Yahoo!Buzz

0,21%

Others

0,73%







20/07/11    Çap et