Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyədə ilk dəfə bir sıra ixtisaslar üzrə «Distant təhsil»in tətbiqinə başlanılıb


Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təsdiq olunmuş təqvim planı üzrə 2012 – 2013-cü tədris ilində 33 ixtisas üzrə təkmilləşmə kursları başlanıb. Səhiyyə Nazirliyinin göstərişi ilə bu, ilk dəfə bir sıra ixtisaslar üzrə (Terapiya, Pediatriya, Mamalıq və ginekologiya, Ailə təbabəti, Ümumi cərrahiyyə) müasir informasiya kommunikasiya texnologiyaları tətbiq olunmaqla «Distant təhsil» tədris forması aparılır.

Bu ixtisaslar üzrə praktiki fəaliyyətlə məşğul olan həkimləri bölgələrdən ayırmaq məqsədilə mühazirələr institutun professor-müəllim heyəti tərəfindən birbaşa internet və xüsusi proqram vasitəsilə Bakıdan institutun auditoriyalarından aparılır.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, «Distant təhsil» tədris formasının tətbiqi ezamiyyət xərclərinin qənaət olunmasına imkan yaradır və həkimlərin uzun müddətdə iş yerlərindən ayrılmasının qarşısını almağa imkan verir. İl ərzində 600-ə yaxın həkim-müdavimin təkmilləşməsi planlaşdırılıb.

HƏQİQƏT





20/09/12    Çap et