Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Filippində internet vasitəsilə intim münasibətdə olmaq qadağan edilib


Filippin hökuməti qanunverici səviyyədə internet vasitəsilə intim münasibətdə olmağı qadağan edib. Qanunu pozanları 6 min dollar dəyərində cərimə və 6 ay müddətində həbs cəzası gözləyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yeni qanunda, həmçinin spam göndərilməsi, kompyuter informasiyasına icazəsiz giriş, kiberskvottinq (domen adlarının onların sonradan baha satılması üçün qeydiyyatdan keçirilməsi) kimi hərəkətlər də qadağan edilib.

Qanunun icrasına Milli Araşdırmalar Bürosu və Filippin Milli Polisi tərəfindən yaradılacaq yeni bölmə nəzarət edəcək.






EMİL





21/09/12    Çap et