Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” üzrə VI Beynəlxalq konfrans keçiriləcək
17-19 oktyabr 2012-ci il tarixlərdə Tbilisidə (Gürcüstan) “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VI Beynəlxalq konfrans (AICT 2011) keçiriləcək. Konfransın təşkilatçıları Gürcüstanın Təhsil və Elm Nazirliyi, Beynəlxalq Qaradəniz Universiteti (Tbilisi), Qafqaz Universiteti (Bakı), Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetidir, texniki sponsoru isə “IEEE” (ABŞ) təşkilatıdır.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib. İnstitutdan bildirilib ki, “AICT 2012”-nin başlıca məqsədi İKT sahəsi və İnternet sənayesində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.
Tədbir, əsasən də son zamanlar böyük maraq kəsb edən və daha çox diqqət mərkəzində olan naqilsiz internet, üçüncü və dördüncü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki problemləri əhatə edəcək. Burada müvafiq elm sahələrində çalışan gənc alim və mütəxəssislərə öz elmi nəticələrini geniş auditoriyada təqdim etmək, aktual məsələlərin optimal həllini tapmaq imkanı verilir. Konfransda İKT-nin təhsil, elm, iqtisadiyyat, biznes və idarəetmə, təhlükəsizlik, səhiyyə və dövlət strukturlarında tətbiqi ilə bağlı məruzələr dinləniləcək.
HƏQİQƏT
21/09/12 Çap et