Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üçüncü nəsil “iPad” yüksək kəskinlikli ekrana malik olacaq


Veb mənbələrin məlumatına əsasən, “Apple” şirkəti “iPad” planşet kompyuteri üçün yeni ekranların yoxlanmasına başlayıb. Maye kristal panel nümunələrinin “Samsung Electronics” və “LG Display” müəssisələrində istehsal edildiyi, onların yoxlanmasının isə “Apple” şirkətinin Çindəki laboratoriyasında həyata keçirildiyi qeyd olunub.
Ekranlar “QXGA - 2048×1536” piksel kəskinliyinə malikdirlər. Bu “iPad 2” ekranının kəskinliyi (1024×768 nöqtə) ilə müqayisədə 4 dəfə yuxarıdır. Yeni paneldə düym üzrə nöqtələrin say göstəricisi 280 ppi-yə bərabərdir. Şayiələrə görə, üçüncü nəsil “iPad” planşetləri oktyabrda satışa daxil olacaq.


hard.compulenta.ru




20/07/11    Çap et