Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” şirkəti təqsirli elan edilib


“Motorola Mobility” şirkəti “Microsoft”un mobil qurğularda informasiyanın daxil edilməsi texnologiyasına aid olan patentini pozub. Almaniyanın Münhen şəhərində yerləşən məhkəmə belə qərar çıxarıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, patentdə sensor klaviatura ilə tətbiqlər arasında qarşılıqlı təsir üsulları təsvir edilib. “Microsoft”un həlləri “Motorola”nın bir neçə smartfonunda qanunsuz olaraq istifadə olunur.“Microsoft” bundan əvvəl ABŞ və Almaniyada artıq “Motorola” üzərində bir neçə məhkəmə qələbəsi qazanıb.








 
EMİL





21/09/12    Çap et