Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Xaçmazda internet istifadəçilərinin sayı 2 min 100 nəfərə çatıb
Xaçmazda əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədi ilə ardıcıl iş aparılır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Xaçmaz TKQ-dan məlumat verilib. Məlumatda bildirilir ki, “Aztelekom”, “Data+”, “Azəronline”, “Q-telekom” provayderlərinin portları genişzolaqlı internet xidmətinə qoşulmuş və internet istifadəçilərinin sayı 2 min 100 nəfərə çatıb.
Rayonun Aşağı Zeyid, Hacəlibəy, Armudpadar kəndlərində yüksək sürətli internetə çıxışı təmin etmək üçün avadanlıq quraşdırılıb.
Cari ilin 9 ayı ərzində 270 abonentə telefon xətti çəkilmiş, əhaliyə 437 min 200 manat dəyərində rabitə xidmətləri göstərilib.
RƏVAN
21/09/12 Çap et