Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16200-ə yaxın müraciət daxil olub
İqtisadi İnkişaf Nazirliyinin “195-2” Telefon Məlumat Mərkəzinə avqust ayı ərzində 350-yə yaxın müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16200-ə yaxın müraciət daxil olub.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.
HƏQİQƏT
22/09/12 Çap et