Çində veb-istifadəçilərin sayı 500 milyardı ötəcək
Çinin (CNNIC) internet infrastrukturunun informasiya mərkəzi ölkədə veb-istifadəçilərin sayı üzrə statistikanı dərc edib. 2009-cu ilin sonunda 375 milyon çinli şəbəkəyə çıxış imkanına malik olub. 2010-cu ilin sonunda onların sayı 450 milyonu keçib, cari ilin iyun ayında isə 485 milyona çatıb. Ölkənin 1,3 milyard əhalisindən təxminən 36%-də internetə çıxış var. Bu, planet üzrə (təxminən 30%) orta göstəricidən yuxarıdır, amma Cənubi Koreya və Yaponiya (70%) kimi ölkələrdən aşağıdır.
“CNNIC” analitikləri çinlilər arasında mikrobloqların məşhurluğunun artmasını qeyd ediblər. Əgər 2010-cu ilin sonunda belə sistemlərlə 63 milyon sakin işləyirdisə, indi bu rəqəm 200 milyon təşkil edir. Eyni zamanda Çin veb-auditoriyasının artım templərinin azalması müşahidə olunur: 2010-cu ilin sonu ilə müqayisədə iyun ayında artım yalnız 6,1% təşkil edib, bu, “CNNIC”-də qeyd edilmiş ən aşağı göstəricidir. Hər halda, proqnozlara inansaq, 2011-ci ilin sonuna kimi Çində şəbəkə istifadəçilərinin sayı 500 milyardı ötəcək.
net.compulenta.ru