Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gömrükdə attestasiyadan keçən müdavimlər məlumat bazasında toplanan sualları kompyuter vasitəsilə cavablandırıblar
Son illər Dövlət Gömrük Komitəsi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində gömrük sistemində kadrların seçilib yerləşdirilməsinin təkmilləşdirilməsi, gömrük orqanları vəzifəli şəxslərinin fəaliyyətinin nəticələrinin və gələcəkdə xidmətə yararlı olmalarının obyektiv qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yoxlanılması üçün test üsulu ilə attestasiya keçirilir.
Attestasiyanın obyektiv və şəffaf aparılması üçün hər cür şərait yaradılıb. Məlumat bazasında toplanan suallar gömrük xidmətinin bütün sahələrini özündə əks etdirməklə 1 düzgün və 3 yayındırıcı cavablarla əhatələnib. Gömrük əməkdaşları müəyyən vaxt çərçivəsində kompyuter vasitəsilə sualları cavablandırıblar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın gömrük orqanları sistemində yüksək ixtisaslı kadr heyətini formalaşdırmaq və onların yerləşdirilməsi işini təkmilləşdirmək məqsədilə «Azərbaycan Respublikası gömrük orqanları vəzifəli şəxslərinin attestasiyası haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq aparılan attestasiyada əməkdaşın tutduğu vəzifəyə, ixtisasına və peşə səviyyəsinə uyğunluğu yoxlanılır, peşə və iş keyfiyyəti, qabiliyyət və imkanlarının tətbiqi perspektivi müəyyən edilir.
HƏQİQƏT
22/09/12 Çap et