Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatı telekommunikasiya, informasiya texnologiyaları və telviziya yayımı ilə təmin ediləcək


17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ilə əlaqədar çempionatın telekommunikasiya, informasiya texnologiyaları və televiziya yayımı ilə yüksək keyfiyyətlə və dayanıqlı təmin olunması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.

Belə ki, T.Bəhrəmov, Şəfa, 8-ci km, Bayıl, Dalğa arena və Lənkəran stadionalarında fiber-optik xətlərin üzərindən yüksək keyfiyyətli telefon, faks, İSDN, genişzolaqlı internet xidmətləri təşkil edilmiş və tələb olunan radiotezliklər ayrılmışdır.

Eyni zamanda Bakı və Abşeron yarımadasında analoq və rəqəmli yayımla yanaşı, oyunlar yüksək dəqiqlikli fomata malik rəqəmli televiziya yayımı təmin edilmiş və nəticədə çempionatın oyunlarının daha yüksək keyfiyyətlə seyrinə müvafiq şərait yaradılmışdır.

Bu yayımı "İctimai TV" proqramı ilə izləmək mümkündür.




22/09/12    Çap et