Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İngiltərədə mağazadan 252 ədəd “iPhone 5” smartfonu oğurlanıb


Amerikanın "Apple" şirkətinin yeni "uşağ"ı işıq üzü gördükdən sonra onun ətrafında yaranmış ajiotaj o qədər böyük olub ki, "iPhone 5" smartfonunu tezliklə əldə etmək istəyənlər bir həftə ərzində mağazaların qarşısında salınmış çadırlarda yaşayıblar. Lakin alıcılar Londonun cənub-qərbindən – Uimbldondan əliboş qayıdıblar, çünki 252 ədəd telefonun hamısı bu ticarət məntəqəsindən oğurlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, oğurlanmış aparatların ümumi qiyməti 170 min funt-sterlinqi (275 min dollar) ötüb.

Bu cinayəti mağazanın əməkdaşlarından birinin həyata keçirdiyi güman edilir. Britaniya polisi artıq şübhəli bilinən şəxsin (Pakistan vətəndaşı Usman Setxi) fotosunu yayıb.




 
EMİL





24/09/12    Çap et