Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran 2013-cü ilin martında öz internetini istifadəyə verəcək
İran hökuməti bu yaxınlarda rəsmi olaraq təsdiq edib ki, ölkədə “daxili” internetin yaradılması üzərində işlər aparılır. Bundan əlavə, ölkə ərazisində "daxili internet"in tezliklə, 2013-cü ilin martında istifadəyə veriləcəyi gözlənilir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, İranda internet-senzura olduqca sərtdir. Artıq ölkə sakinlərinin bir sıra məşhur saytlara girişi bloklanıb. İran hökuməti, həmçinin “Google” axtarış sistemini və onun bütün xidmətlərini deaktiv etməyi planlaşdırır.
Rəsmi versiyaya əsasən, bu qədər sərt qaydalar ölkənin kibertəhlükəsizliyi ilə bağlıdır. Lakin bir çox ekspertlər qeyd edirlər ki, İranda sosial internet-resursların bloklanması ilk növbədə siyasi qeyri-sabitlik və hökumətin ölkə vətəndaşlarının internet vasitəsilə mitinq və etiraz aksiyaları təşkil etməsini çətinləşdirməklə bağlıdır.
EMİL
24/09/12 Çap et