Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformatika” fənni üzrə stikerli iş dəftərləri saxtadır


2012-ci ildə 1, 2, 3 və 4-cü siniflər üzrə “İnformatika” fənni üçün nəzərdə tutulan iş dəftərləri stikersiz (yapışqanlı kağızsız) buraxılıb. Stikerli iş dəftərləri isə saxtadır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib.

Onun sözlərinə görə, iş dəftərlərinin məzmununda da ciddi dəyişikliklər olub: “Ona görə də iş dəftərləri alarkən onların üz qabığına fikir verin və saxta iş dəftərlərinə aldanmayın. Pirat versiyalarda tarix 2012-ci il qoyulub, amma dəftərlərin üz qabığı və içi köhnədir”.








HƏQİQƏT





24/09/12    Çap et