Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vüsal Qasımlı: «Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları daha da inkişaf etdiriləcək»
«İqtisadiyyatın strukturunun optimallaşdırılması, şaxələndirmə və dünya əmək bölgüsündə layiqli yerin tutulması üçün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları daha da inkişaf etdiriləcək».
Bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin səfirlik və media nümayəndələrinin iştirakı ilə keçirdiyi brifinqdə qurumun İqtisadi təhlil və qloballaşdırma məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən Vüsal Qasımlı söyləyib.
"Azərbaycan – 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası layihəsi ilə bağlı danışan V.Qasımlı deyib ki, konsepsiya çərçivəsində dünyanın ilk 50 ən güclü iqtisadiyyatı sırasına yüksəlmək üçün Azərbaycanda sәmәrəli və rəqabətə davamlı, biliyə əsaslanan və ixracyönümlü, habelə ölkənin siyasi və strateji maraqlarını və əhalinin yüksək rifah səviyyəsini təmin edən güclü və davamlı iqtisadiyyatın formalaşması sürətlənəcəkdir: «Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları, tranzit, logistik və ticarət mərkəzinə çevrilməsi planlaşdırılır.
Konsepsiya çərçivəsində Azərbaycanın Dünya Bankının adambaşına düşәn Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkəlәri qrupunda üst sıralara yüksəlməsi hədəflənir. Azərbaycanda orta təbəqənin güclənməsi ilə cəmiyyətin dayanıqlığının artırılması, insan kapitalının inkişafı, sosial infrastrukturun (səhiyyə, təhsil və s.) təkmilləşdirilməsi prosesi prioritet olaraq qalacaq, informasiya cəmiyyəti qurulacaq".
SEYMUR
24/09/12 Çap et