Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5” smartfonu “sındırıldı”


“chpwn” ləqəbi ilə tanınan haker Qrant Pol “Apple” şirkətinin yeni “iPhone 5” smartfonunu “sındırması” haqqında məlumat yayıb. Nəticədə aparata “Apple”-ın təsdiqləmədiyi tətbiqləri quraşdırmaq mümkündür.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, haker hələ ki populyar smartfonun yeni modelinin “sındırılması” ilə əlaqədar təlimatı açıq girişdə dərc etməyib.

Pol sübut kimi “iPhone 5” smartfonunda icra edilmiş “Cydia” tətbiqinin fotosunu öz “Twitter” mikrobloqunda yerləşdirib. Qeyd edək ki, bu tətbiqi  yalnız “Apple”-ın “sındırılmış” mobil qurğularına quraşdırmaq olur.









EMİL




24/09/12    Çap et