Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BDU-nun Fizika fakültəsində interaktiv lövhələr quraşdırılıb


2012-ci tədris ilində BDU-nun Fizika fakültəsinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə ümumi dəyəri 240000,0$ olan tədris laboratoriya  avadanlıqları alınıb. Laboratoriya avadanlıqları Fiziki elektronika, Ümumi fizika, Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika kafedralarının nəzdindəki tədris laboratoriyalarının ən müasir səviyyədə qurulmasına xidmət edəcəkdir.

Fakültədə virtual laboratoriya işlərinin hazırlanması  üçün interaktiv lövhələr quraşdırılıb.  “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə universitetin məlumatında deyilir.

Yalnız Yarımkeçiricilər fizikası kafedrasının tədris laboratoriyasına alınmış qurğularda tədris proqramına uyğun olaraq yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar və mikroelektronikanın əsasları fənləri üzrə 29 laboratoriya işi yerinə yetirmək olar. Eyni zamanda bu qurğular vasitəsi ilə magistr və doktorantlar da elmi-tədqiqat işləri apara bilərlər.




CAHANGİR





24/09/12    Çap et