Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən böyük sensor panel yaradılıb


Britaniyanın “Engage Production” şirkəti öz müştərilərindən biri üçün dünyada ən böyük sensor interaktiv ekran yaradıb. Qurğu  hər birinin diaqonalı 55 düym olan 24 ədəd “MultiTaction Cell” panelindən tərtib edilib.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, qurğunun ölçüləri 9,9x3 metr təşkil edir.

“MultiTaction Cell” panelləri Finlandiyanın “MultiTouch Ltd” şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Panellər sensor funksiyasından əlavə, əmrlərin barmaq, obyekt və ya infraqırmızı qələmlər vasitəsilə daxil edilməsini dəstəkləyir. Sensor blokun yenilənməsi tezliyi saniyədə 200 kadra bərabərdir.
Yeni nəsil “MultiTaction Cell” ekranları satışa yaxın günlərdə çıxarılacaq, lakin istehsalçı qiymət haqqında bildirməyib.





EMİL





25/09/12    Çap et