Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ı robot balıqlar müdafiə edəcəklər?!


ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi hərbi məqsədlər üçün istifadə ediləcək “robot-tunes” hazırlamasını maliyyələşdirib. Qeyri-adi robot “BIOSwimmer” adlandırılıb. O, təhlükəli mühitdə sualtı iş üçün çox yüksək manevr qabiliyyətinə malikdir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, layihə Massaçusetsdə “Boston Engineering Corporation's Advanced Systems Group” şirkəti tərəfindən hazırlanıb. Robot sualtı minaları axtarmağa və suyun altında çətin keçilə bilən yerlərdə kəşfiyyat aparmağa qadirdir. “Robot-tunes”, həmçinin pirs (körpü) və limanların müdafiəsi üçün istifadə ediləcək.
 







 
EMİL





25/09/12    Çap et