Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet azadlığı üzrə reytinq açıqlanıb
Bazar ertəsi "Freedom House" qeyri-kommersiya təşkilatının dərc etdiyi məruzəyə əsasən, internetdə azadlığın səviyyəsinə görə tərtib edilmiş reytinqdə Estoniya, ABŞ və Almaniya lider mövqedə qərarlaşıblar.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, reytinqin lideri olan Estoniya hazırda dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş ölkələri arasında yerləşir.
Orada əhaliyə müxtəlif elektron xidmətlər, məsələn "elektron hökumət" əlçatandır. Son 20 il ərzində istifadəçilərin sayı sürətlə artıb. Məruzə müəlliflərinin fikrincə, şəbəkədə söz azadlığı pozulmur, lakin Estoniyada şəxsi informasiyanın mühafizəsi üzrə ciddi qanunlar qəbul edilib.
Reytinqdə ikinci yerdə qərarlaşmış ABŞ-da informasiya azadlığı pozulmur, hər hansı filtr yoxdur. Eyni zamanda, uşaq pornoqrafiyası qanunla ciddi qadağan edilib, şəxsi informasiyanın dərc edilməsi ilə bağlı qaydalar var, müəllif hüquqları qorunur.
Almaniya üçüncü yerdə qərarlaşıb. Orada telekommunikasiya texnologiyaları, həmçinin yüksək səviyyədədir, mobil internetə çıxış imkanı inkişaf edib. Məruzədə, həmçinin qeyd edilib ki, dövlət son illər ərzində ziyanverici məzmunu bloklayır, polis və xüsusi xidmət orqanlarının nəzarəti güclənib.
İlk onluqda, həmçinin Avstraliya, Macarıstan, İtaliya, Filippin, Böyük Britaniya, Argentina və CAR dövlətləri yerləşib.
Məruzə müəlliflərinin qiymətləndirməsinə görə, ən pis vəziyyət Özbəkistan, Suriya, Çin, Kuba və İranda qeydə alınıb. Belə ki, İranda ölkə əhalisinin 15-39 faizi internetə çıxış imkanına malikdir.
EMİL
25/09/12 Çap et