Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in dəstəyi ilə Balakən rayonunun ümumtəhsil məktəblərinin müəllimləri üçün kompyuter kursları təşkil olunub


Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)” uyğun olaraq, regionlarda rəqəmsal geriliyin aradan qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən Balakən rayonunun orta ümumtəhsil məktəblərinin 100 nəfər müxtəlif fənn müəllimləri üçün kompyuter kursları keçirilib. Tədris kursları yay tətil müddətində (iyul-avqust 2012-ci il) Balakən rayonu Humanitar və texniki təmayüllü liseydə və Balakən rayonu Katex orta məktəbində xüsusi proqram əsasında  aparılıb.

Kursda iştirak edən müəllimlər tədris proqramı əsasında kompyuterin aparat və proqram təminatı, “Windows”, “Word”, “XP”, “Excel”, “Power Point” proqramları, internet və elektron poçtu haqqında geniş nəzəri və praktiki biliklərə yiyələniblər.Kursun yekununda test keçirilərək müəllimlərə bilik səviyyələrinə uyğun dərəcələr üzrə sertifikatlar verilib. 





25/09/12    Çap et