Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TAE fiber-optik kabel xəttinin Ağsu aşırımından keçən hissəsində rabitə ilə bağlı hər hansı problem yoxdur


TAE (Trans Asia Evropa) fiber-optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımından keçən hissəsində  rabitə ilə bağlı  hər hansı problem yoxdur. “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev “ICTnews” elektron xəbər xidmətinə  bildirib ki, hələ TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib.

"Buna baxmayaraq biz ərazidə daimi tədbirlər həyata keçiririk. Əvvəllər yeraltı  kabel xətti 1,2 metr dərinlikdə çəkilmişdi.  Real təhlükənin qarşısını almaq üçün kabelin yerləşmə dərinliyini 50 santimetrədək azaltdıq " - deyə texniki direktor qeyd edib.

Məlumat üçün bildirək ki, Ağsu aşırımında məlum sürüşmədən sonra əraziyə yük avtomobillərinin daxil olmaması üçün qoyulan şlaqbaum artıq görüldüyündən ağır texnikanın əraziyə daxil olması asanlaşıb ki, bu da sürüşmə təhlükəsini bir qədər də artırıb.



RƏVAN





25/09/12    Çap et