Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzDataKom” internet tariflərini endirdi


“AzDataKom” tərəfindən göstərilən internet xidmətlərinin qiymətləri aşağı salınıb. Məlumat Hesablama Mərkəzindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tarif dəyişikliyi nəticəsində hazırda Bakı şəhəri üzrə internet xidmətlərindən istifadənin aylıq dəyəri  kanal sürətindən asılı olaraq 15 manatdan (2 Mbit/s) 80 manatadək (10 Mbit/s)  təşkil edir.

3, 4 və 5 Mbit/s sürətlə internetə qoşulan istifadəçilər  müvafiq olaraq 20, 30 və 40 manat ödəyəcəklər.
6 və 8 Mbit/s sürətlə internetə qoşulma 50 və 60 manat tarifi ilə təqdim edilir.
Qoşulma haqqı üçün 5 manat ödəniş tələb olunur.

Regionlar üzrə isə  tarif dəyişikliyi yalnız 2 Mbit/s internet sürətinə qoşulmaya tətbiq olunub. Belə ki, sözügedən sürətin aylıq abunə haqqı 20 manatdan 15 manata endirilib. Qoşulma pulsuz həyata keçirilir.
Xatırladaq ki, "AzDataKom" tərəfindən həyata keçirilən “3+1” kampaniyası 3 aylıq abunə haqqını birdəfəlik ödəyən abunəçilər  4-cü ayı pulsuz əldə edirlər.

Bununla yanaşı, hazırda davam edən digər kampaniyanın şərtlərinə görə, istənilən  sürətin aylıq abunə haqqı  6 ay əvvəlcədən  ödəniləcəyi təqdirdə  abunə haqqı 25%   endirimlə hesablanır.
 
CAHANGİR





25/09/12    Çap et