Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək internetə qoşulmuş qurğuların sayı 25 milyarda çatacaq


Beynəlxalq Telekommunikasiya İttifaqının (The International Telecommunications Union, ITU) proqnozuna əsasən, 2020-ci ilədək internetə qoşulmuş qurğuların sayı 25 milyarda çatacaq. Artımın “M2M” (“Machine-to-Machine” - maşınlar arasında informasiya mübadiləsi üçün texnologiya) qoşulmaları hesabına olacağı güman edilir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “ITU”-nun "The State of Broadband" illik hesabatında qeyd olunub ki, 2020-ci ilədək şəbəkəyə qoşulmuş qurğuların sayı və internetə çıxış imkanına malik olan insanların sayı altının birə nisbətində olacaq.








EMİL





25/09/12    Çap et