Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” 3 gün ərzində 5 milyon ədəd “iPhone 5” smartfonu satıb
“Apple” şirkəti sentyabrın 21-dən 23-dək 5 milyondan çox “iPhone 5” smartfonu satıb. Bu göstərici əvvəlki nəsil aparatlarla müqayisədə rekord təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, yeni “iPhone” smartfonu sentyabrın 21-də ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Honkonq, Sinqapur, Yaponiya və Avstraliyada satışa çıxarılıb. Sentyabrın 28-də daha 28 dövlətdə satışlara başlamaq və 2012-ci ilin sonunadək qurğunu 100-dən çox ölkənin bazarına çıxarmaq planlaşdırılır.
Şirkətdən verilən məlumata görə, smartfona tələbat tədarük həcmini üstələyir və sifarişlərin bir çoxu oktyabra təxirə salınıb.
EMİL
25/09/12 Çap et