Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət qulluğuna qəbul və insan resurslarının idarə edilməsinə dair proqram təminatının yaradılması sahəsində məsləhətləşmələr aparılıb
Cari il, 4-17 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi F.Mayılov Əfqanıstan Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının dəvəti ilə Əfqanıstan İslam Respublikasının paytaxtı Kabil şəhərində səfərdə olub. “ICTnews” elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, səfərdə məqsəd BMT-nin İnkişaf Proqramının “Milli İnstitusional Quruculuq” layihəsi çərçivəsində Əfqanıstan Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasına dövlət qulluğu və elektron xidmətlərin göstərilməsi, dövlət qulluğuna qəbul və insan resurslarının idarə edilməsinə dair proqram təminatının yaradılması sahəsində məsləhətlərin verilməsi olub.
Səfər müddətində F.Mayılov Əfqanıstan Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının sədri Dr. Əhməd Müşahidin tərəfindən qəbul edilib, komissiyanın Dövlət Qulluğu Təyinatları Şurasının, Dövlət Qulluğunun İdarə Edilməsi Departamentinin və Dövlət Qulluğu İnstitutunun rəhbərliyi ilə təşkil edilmiş görüşlərdə iştirak edib. Görüşlər zamanı dövlət qulluğu sahəsində Azərbaycan təcrübəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə məlumat verilib.
CAHANGİR
25/09/12 Çap et