Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Voznyak Avstraliyanın vətəndaşı olmaq niyyətindədir
“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak Avstraliyanın vətəndaşı olmaq istədiyini bildirib və bu ölkənin hökumətinin vətəndaşlara münasibətdə daha loyal olduğunu bildirir. Avstraliyanın “Australian Financial Review” nəşrinə verdiyi müsahibəsində o bəyan edib ki, vətəndaşlar və yerli biznes üçün nəzərdə tutulan milli genişzolaqlı şəbəkənin yaradılması üzrə rəsmi Kanberranın təşəbbüsünü dəstəkləyir.
Voznyak bildirib ki, o, Avstraliyanın Telekommunikasiya naziri Stiven Konro ilə ölkədə milli genişzolaqlı şəbəkənin işinin texniki aspektlərini şəxsən müzakirə edib və qeyd edib ki, ölkə ərazisində şəbəkə texnologiyalarının inkişaf məsələləri üzrə texniki konsultant olmaq istəyərdi. "Şəxsən mən bu təşəbbüsün tərəfdarıyam. Hətta deyə bilərəm ki, genişzolaqlı şəbəkə təşəbbüsü mənə Avstraliya vətəndaşı olmaq üçün əsas verir " – o əlavə edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Voznyak hazırda ABŞ-da yaratdığı “Fusion-IO“ şirkətində çalışır. Şirkət məlumatların saxlanılması üçün fləş-yaddaş əsasında həllər istehsal edir. Voznyak hazırda bu şirkətin Avstraliya nümayəndəliyini açır.
EMİL
25/09/12 Çap et