Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ özəl telekanala xəbərdarlıq edib
Cari ilin 24 sentyabr tarixində Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinin Şuraya istinadən verdiyi məlumata görə, iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib.
CAHANGİR
25/09/12 Çap et