Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyada “YouTube” xidmətinə qarşı iddia qaldırılıb


Braziliyanın San-Paulo şəhərində yerləşən məhkəmə “YouTube” xidmətinin qarşısında 10 gün ərzində "Müsəlmanların günahsızlığı" təxribatçı filmini və onun bütün fraqmentlərini silmək öhdəliyi qoyub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, əgər qərar yerinə yetirilməsə, o zaman “YouTube” xidməti üzərində hüquqa malik “Google” şirkəti hər yubadılmış gün üçün 10 min real (5 min dollar) dəyərində cərimələnəcək.

Qeyd edək ki, Braziliyada 30-50 minədək müsəlman yaşayır. Bu, ölkə əhalisinin təxminən 0,016 faizini təşkil edir.








 
EMİL





26/09/12    Çap et