Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nağd Pulun İdarə Edilməsi Sistemləri ilə bağlı təkliflər sorğusunun davamından imtina edilib


Mərkəzi Bank (MB) MB-nın yeni inzibati binasında inşa ediləcək tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində "Nağd Pulun İdarə Edilməsi Sistemləri"nin təchizatı və quraşdırılması üzrə təkliflər sorğusuna dair yeni məlumat yayıb.

"ICTnews" elektron xəbər xidmətinin Mərkəzi Banka istinadən verdiyi məlumata görə, MB tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində Nağd Pulun İdarə Edilməsi Sistemlərinin satın alınması və quraşdırılması üzrə keçirilən təkliflər sorğusunda iddiaçıların sayının üçdən az olması ilə əlaqədar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Təkliflər Sorğusunun davamından imtina edib.








HƏQİQƏT





27/09/12    Çap et