Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft”un Azərbaycan nümayəndəliyində yeni təyinat olub
Səbinə Pərvizi “Microsoft Azərbaycan” şirkətinin marketinq meneceri vəzifəsinə təyin edildi. Bu barədə şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən xəbərdə bildirilir. Məlumatda bildirilir ki, S.Pərvizi artıq bir neçə gündür vəzifəsinin icrasına başlayıb. “Microsoft Azərbaycan” şirkəti “Microsoft” korporasiyasının daim inkişaf edən bölmələrindən biridir.
Bu təyinatdan əvvəl S.Pərvizi “Hewlett-Packard” şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq meneceri vəzifəsində çalışıb. “HP”-də çalışdığı müddət ərzində o, şirkətin uğurlu marketinq siyasətinin həyata keçirilməsində böyük əməyi olanlardandır
1975-ci ildə təsis edilmiş “Microsoft” şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.
RƏVAN
27/09/12 Çap et