Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

35 dollarlıq planşet satışa çıxarıldı


“DataWind” şirkəti inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş “Aakash” planşet kompyuterinin varisini hazırlayıb. Yenilik “Aakash 2” adlandırılıb və oktyabrda Hindistanda satışa çıxarılacaq. Hazırda bu məhsul Bombeydə yerləşən Hindistan Texnologiya İnstitutunda (India Institute of Technology) təhsil alan tələbələr üçün pulsuz tədarük olunur.

“ICTnews.az” elektron xəbər xidməti “news.rambler.ru” saytına istinadən bildirir ki, şirkət Hindistan üzrə tələbatı ödəmək üçün təxminən 220 milyon planşet kompyuteri istehsal etməyi planlaşdırır. “Aakash 2” planşetinin xüsusiyyətlərinə gəlincə, o, 7 düymlü sensor ekran, 1 QHs takt tezliyində işləyən “ARM Cortex-A8” prosessoru, 512 MB RAM və 4 QB daxili yaddaş ilə təchiz olunub. Onu “microSD” kartı hesabına genişləndirmək olar.

Planşetə “Android 2.3 Gingerbread” (“Android 4.0 Ice Cream Sandwich” platforması ilə yeniləmək planlaşdırılır) platforması quraşdırılıb. Onun qiyməti 35 dollar təşkil edir.

EMİL





27/09/12    Çap et