Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponlar bankomatlardan pulu ovucla çıxarda biləcəklər
Yaponiyada bank kartı ilə deyil, ovuc vasitəsilə işləyən birinci bankomatlar fəaliyyətə başlayıb. Bu barədə "Ogaki Kyoritsu” bankının dərc edilmiş bəyanatında bildirilib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nağd pul çıxartmaq və ya hesaba pul daxil etmək üçün hesab sahibi sadəcə ovcunu “oxuyan” qurğuya qoymalı, doğum tarixini və pin-kodu daxil etməlidir. Bunun üçün banka biometrik məlumatlar haqqında əvvəlcədən bildirmək lazımdır.
"Ogaki Kyoritsu” bankının nümayəndələri iddia edirlər ki, belə aparatlar təbii fəlakətlər zamanı faydalı olacaq, çünki insan fövqəladə vəziyyətdə pulsuz və sənədsiz qala bilər. Bundan əlavə, yeni sistem müştərinin puluna icazəsiz müraciət hallarını aradan qaldırmaqda yardımçı olacaq.
EMİL
27/09/12 Çap et