Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlər mövzusunda distant təlim keçirilib


İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda növbəti distant təlim keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan təlimdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. Təlimdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin “http://www.bbtc.az/” saytının elanlar bölməsində yerləşdirilir. Arzu edənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
 
HƏQİQƏT




27/09/12    Çap et