Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil qurğular üçün ziyanverici proqramların sayı 2180 faiz artıb
Oğurluq, itki, spam, troyanlar, casus proqramları, “sındırma” və zəhlətökən reklamlar – bu, smartfon və planşetlər kimi mobil qurğular üçün hər gün problem yaradan təhlükələrin yalnız kiçik bir hissəsidir. “ABI Research”-in analitikləri 2011-ci ilin birinci rübü ilə ikinci rübünü müqayisə edərək müəyyən ediblər ki, bu dövrdə ziyanverici proqramların unikal variantlarının sayı 2180 faiz artaraq 17439-a bərabər olub.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər gələcəkdə mobil təhlükələrin daha da artacağını bildiriblər. "Smartfonların populyarlığı ilə yanaşı, mobil təhlükələrin sayı da artır.
Bu faktı həm korporativ seqmentdə təhlükəsizlik üzrə mütəxəssislər, həm də adi istifadəçilər diqqətə alırlar" - “ABI”-nin kibertəhlükəsizlik sahəsi üzrə baş analitiki Mikela Mentinq (Michela Menting) qeyd edib.
“ABI Research” şirkətinin proqnozuna görə, 2012-ci ilin sonunadək təhlükəsizliyin təmin olunması üçün mobil tətbiqlər bazarının həcmi 398 milyon ABŞ dolları təşkil edəcək.
EMİL
27/09/12 Çap et