Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məlumat itkilərinin əksəriyyəti əməkdaşların günahı üzündən baş verir
Korporativ məlumatların itməsi əksər hallarda işçi noutbukların, “USB” daşıyıcıların və digər qurğuların oğurlanması halları ilə əlaqəli olur. Sistemlərin hakerlər tərəfindən “sındırılması” yalnız üçüncü yerdə qərarlaşıb.
“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “Forrester Research”-in analitikləri Şimali Amerika və Avropada yerləşən müxtəlif şirkətlərin 7 min İT rəhbərləri və əməkdaşları arasında aparılan sorğu nəticəsində belə nəticə çıxarıblar. Onların 31 faizi məlumat itkisinin səbəbi kimi oğurluq və ya qurğuların itməsini, 27 faizi isə qəsdən edilməyən laqeyd rəftarı qeyd ediblər.
EMİL
27/09/12 Çap et