Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransada üzümlüklərə robotlar “qulluq” edəcəklər
Yeni hazırlanmış robotlar yaxın gələcəkdə Fransada, daha sonra bütün dünyada üzümlüklərə "qulluq" edə bilər. Hələ ki ixtiraçı Kristof Miyonun hazırladığı robotun birinci nümunəsini Bordo şəhərində yerləşən məşhur üzümlüklərdən birində sınaqdan keçirmək planlaşdırılır.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, robot dörd təkərli platformada hərəkət edir. O, iki ədəd xüsusi manipulyator və ona sərbəst hərəkət etməyə imkan yaradan "GPS" modulu ilə təchiz edilib. Robotun bütün hərəkətləri üçün xüsusi proqram "məsuliyyət" daşıyır.
Proqram zamanla üzümlükdə hər konkret bitkinin xüsusiyyətlərini yadda saxlayır və onlara "qulluq" planı qurur.Robot gün ərzində 600 üzüm tənəyinə "qulluq" etməyə qadirdir. Robotun qiyməti 25 min avrodur.
EMİL
28/09/12 Çap et