Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yollarda elektron avadanlıqlar qurulur
Tam müasir tələblərə cavab verən formada çəkilən Ələt-Astara avtomobil yollarında elektron xidmətlər tətbiq olunacaq. Bu barədə "İCTnews"-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, ilk öncə həmin yolda elektron tablolar və işarəvermə avadanlıqları qurulacaq.
Bunun ardınca da elektron tərəzilər tətbiq ediləcək. Üçüncü mərhələdə isə hərəkət sürətini tənzimləyən müasir multimedia radarlar qurulacaq.Qeyd edək ki, hazırda respublika əhəmiyyətli yolların müxtəlif hissələrində belə qurğular qurulub.
RƏVAN
28/09/12 Çap et