Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edildi


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, DRİ tərəfindən bu kimi hallar aşkarlandıqda, İnzibati Xətalar Məcəlləsinin 169, 170, 171, 174, 175, 180-ci maddələri tətbiq olunaraq, inzibati qaydada qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Qeyd edək ki, idarə respublikaya idxal olunan və istismarda olan tezlik şüalandırıcı radioelektron vasitələrinin qeydiyyatını və müvafiq olaraq onların istismarına radio nəzarətini həyata keçirir.





28/09/12    Çap et