Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Instagram” ABŞ-da populyarlığa görə “Twitter”in mobil versiyasını ötüb
ABŞ-da smartfon sahibləri hazırda “Instagram” tətbiqindən “Twitter”lə müqayisədə daha tez-tez və uzun müddət istifadə edirlər. “ComScore” tədqiqat şirkətinin avqust ayına olan məlumatları bunu təsdiqləyir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ötən ay ərzində “Instagram”dan hər gün orta hesabla 7,3 milyon insan istifadə edib.
Müqayisə üçün qeyd edək ki, “Twitter” saytının mobil versiyasından orta hesabla 6,9 milyon istifadə edib. Orta statistik "instaqram"çı avqustda öz mobil tətbiqinə 4 saat 17 dəqiqə, "twitter"çi isə 2 saat 50 dəqiqə vaxt sərf edib.
EMİL
28/09/12 Çap et