Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda istilik effekti yaradan qazlarla bağlı proqram təminatı hazırlanıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi Almaniyanın “DiW econ” şirkəti ilə birlikdə “İqlim Dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-in strategiyası”nda nəzərdə tutulmuş İstilik Effekti Yaradan Qazların monitorinq sisteminin təkmilləşdirilməsi üzrə işlər aparıb və təkmilləşdirmənin nəticəsi olaraq proqram təminatı hazırlanıb.

“ICTnews” elektron xəbər xidmətinin idarəyə istinadən verdiyi məlumata görə, proqramdan istifadə nəticəsində zərərli qazlar haqda məlumatların sistemə daxil edilməsi və ümumiləşdirilmiş korporativ hesabatın hazırlanması asanlaşacaq, dəqiqliyi və etibarlılığı artacaq. Bununla yanaşı, hesabatın hazırlanmasına sərf olunan vaxt azalacaq, nəticələrin müqayisə olunması və layihə ideyalarının müəyyənləşdirilməsi prosesi sürətlənəcək.

 Hazırlanmış proqram təminatı ARDNŞ üzrə İstilik Effekti Yaradan Qazların inventarlaşdırılması prosesinin yüksək səviyyəyə qaldırılmasına imkan yaradacaq.



CAHANGİR





28/09/12    Çap et