Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şahbaz Xələfov: “Bu gün Azərbaycanda hər bir mütəxəssis özü kompüterdə işləyə bilir”


Bu gün Azərbaycanda hər bir mütəxəssis özü kompüterdə işləyə bilir. Kompüter texnologiyaları ilə bağlı demək olar ki, ayrıca bir ştat yoxdur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin (DMX) rəis müavini Şahbaz Xələfov məlumat verib.

Onun sözlərinə görə, DMX-nin müvafiq qurumlarında kompüter kursları da fəaliyyət göstərir: “Məsələn, ali təhsilli mütəxəssisdir, ona kompüter mühasibliyini öyrətmək lazımdır. 2-3 ay ərzində öyrədilən kursun sonunda artıq həmin şəxs kompüterlə mühasib işini aparmağı öyrənir. İşəgötürənlər tərəfindən kompüter texnikasının təmiri üzrə ustalar da tələb olunur. Ancaq konkret olaraq kompüterlə işləyən mütəxəssis - müəssisələrdə artıq belə bir ştat demək olar ki, yoxdur.

Hər bir mütəxəssis kompüterlə işləməyi bacarmalıdır. Əvvəllər - kompüterdən ilk istifadə olunduğu vaxtlarda belə ştatlar olsa da, hazırda müəssisələrin 90 faizində bu yoxdur. İndi mən elə bir müəssisə tanımıram ki, yalnız kompüterlə işləyən mütəxəssis axtarsın. Kompüter təmiri üzrə mütəxəssislərə isə işəgötürənlərin ehtiyacı olur. Ayrıca kompüterlə işləyən mütəxəssislər isə tələb olunmur”.
 
HƏQİQƏT





28/09/12    Çap et