Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan turistlərə vizanı internetlə verəcək
«Yaxın vaxtlarda əcnəbilərin Azərbaycana gəlməsi üçün vizaların internet vasitəsilə verilməsinə başlanacaq». “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri jurnalistlərə verdiyi açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazir bildirib ki, vizaların internet vasitəsilə verilməsi sistemi yaxın 6 ay – 1 il ərzində işə salınacaq. Onun sözlərinə görə, internet vasitəsi ilə vizalar Azərbaycana yalnız turizm məqsədilə gələn xaricilərə veriləcək: «İndi bununla bağlı hazırlıq işləri aparılır. Avadanlıqlar alınıb və quraşdırılır”.
SEYMUR
28/09/12 Çap et