Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əbülfəs Qarayev: «Elektron lisenziyanın verilməsi prosesinə keçid şəffaflığa xidmət edəcək»


Ölkədə fəaliyyət göstərən mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar elektron qaydada veriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov Bakıda keçirilən Ümumrespublika daxili turizm konfransında çıxışı zamanı söyləyib.

Lisenziyaların elektron formada verilməsi sisteminin təqdimatını edən şöbə müdirinin sözlərinə görə, bu sistem vasitəsilə lisenziyaların verilməsi üçün onlayn ödəmə olacaq: «Sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır. Mehmanxanaların ulduz kateqoriyasının müəyyənləşməsi də elektron versiyada aparılacaq».

Məsələ ilə bağlı Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fikirlərini bildirib. O deyib ki, elektron lisenziyanın verilməsi prosesinə keçid şəffaflığa xidmət edəcək: «Oktyabrdan etibarən elektron lisenziyaların verilməsi üçün müraciətlər qəbul olunacaq».


SEYMUR





28/09/12    Çap et