Cari ilin 2-3 iyun tarixlərində İstanbulda Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurum rəhbəblərinin iştirakı ilə altıncı Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləckdir.
Konfrans Türkiyə Respublikasının Telekommunikasiya Qurumu tərəfindən təşkil olunmaqla “Rəqəmsal sahələrə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusu üzrə bilik və təcrübələrin müzakirə və mübadilə olunması məqsədi daşıyır.
Tədbirdə ölkəmizi rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov təmsil edəcək. Nazir müavini sözügedən tədbirdə “Stasionar yeni nəsil şəbəkələrində tənzimləmə, rəqabət və genişzolaqlı rabitə üzrə siyasət” mövzusu üzrə və bu sahədə ölkəmizdə həyata keçirilən milli siyasət və strategiya haqqında məruzə ilə çıxış edəcək.