Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disklərin illik tədarük həcmi rekord təşkil edəcək


Taylandda baş vermiş dağıdıcı daşqından sonra sərt disk sektorunda durğunluq yaranmışdı. Lakin hazırda HDD sahəsi tamamilə bərpa olunub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS iSuppli” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə kompüter qurğuları bazarı üçün sərt disklərin tədarük həcmi 4,3 faiz artaraq 524 milyon ədəd təşkil edəcək. Bu rekorddur. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 502,5 milyona bərabər olmuşdu.

2016-cı ilədək sərt disk tədarüklərinin 575.1 milyona çatacağı gözlənilir."Sərt disklərin illik tədarüklərinin artması – bu, istehlak və korporativ fərdi kompüter seqmenti tərəfindən artan tələbatın nəticəsidir" – “IHS iSuppli” şirkətinin verilənlərin saxlanılması sistemləri sahəsi üzrə analitiki Fenq Çjan  izah edib.




EMİL





29/09/12    Çap et