Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” istifadəçilərə viruslar haqqında xəbərdarlıq edib


“Google” axtarış sistemi iyul ayının 20-dən kompyuterləri virusa yoluxmuş istifadəçilərə xəbərdarlıq etməyə başlayıb. Bu barədə “Agence France-Presse” məlumat verib. Xəbərdarlıq axtarış nəticələrinin çıxarılması ilə eyni anda yayılır. “Google” şirkətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Damian Menşerin sözlərinə görə, virus kompyuterlərdən “Google”-a birbaşa deyil, hansısa proksi-serverlər vasitəsilə daxil olur. Həmin proksi-serverlər isə əslində zərərli resurslardır. "Biz ümid edirik ki, trafikləri şübhəli serverlərdən daxil olan istifadəçilərə xəbərdarlıq edərək, onlara vaxtında virus təhlükəsinə reaksiya verməyə kömək edəcəyik", - Menşer bildirib.




20/07/11    Çap et