Peyk vasitəsilə ekoloji qiymətləndirmələr aparan İtaliyanın “Greenline” şirkəti yerli sahibkarlara əməkdaşlıq təklif edir
Peyk vasitəsilə ekoloji qiymətləndirmələr aparan, elektromaqnit sahələrinin ölçülməsi və onun insana təsirini araşdıran İtaliyanın “Greenline” şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edir. Sözügedən şirkət, həmçinin hidravlika mühəndisliyi, tullantıların idarə edilməsi, çirklənmiş ərazilərin təmizlənməsi, alternativ enerji mənbələri, ətraf mühitə təsirin dəyərləndirilməsi sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
AZPROMO-dan bildirilib ki, “Greenline” nümayəndələri şirkətin yaratdığı “Skylab” adlı laboratoriyanın xidmətlərini təklif edir. Sözügedən laboratoriya kimyəvi, ekoloji, kənd təsərrüfatı və sənaye analizlərinin aparılması üçün nəzərdə tutulub: “Şirkət Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə tərəfdaşlıq əlaqələri quraraq birgə müəssisə yaratmaqda maraqlıdır. Şirkətlə əməkdaşlıq etməkdə maraqlı olan iş adamları
tel:+39 0321 613030; fax: + 39 0321 36660; email: “
greenline@greenline-service.com” və ya “website:
greenline-service.com” əlaqə vasitələrindən istifadə edə bilərlər”.
HƏQİQƏT