Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın daha 1 rayonunun gəlirlərinin daxilolması avtomatlaşdırılıb


Azərbaycanda  elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin olunması, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə Yerli Xəzinədarlıq Orqanlarının (YXO) bütün daxilolmaları Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən  XÖHKS vasitəsilə qəbul ediləcək.

"ICTnews" elektron xəbər xidmətinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, cari il,  8 oktyabr tarixindən etibarən  növbəti olaraq Zaqatala YXO-nun da bütün daxilolmalarının agentlik tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi məqsədəuyğun hesab edilir.

 Məlumat üçün bildirək ki, XÖHKS - müasir kompüter və qabaqcıl texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir. Bu sistemdə məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur. XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi ilə qorunur.

CAHANGİR





01/10/12    Çap et