Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Universal su buraxmayan örtük elektronikanı qoruyacaq


Stiven Koulsonun rəhbərliyi altında çalışan britaniyalı alimlər komandası nanotexnologiyaların daha bir effektiv tətbiqini aşkar ediblər. Onlar nanozərrəciklər əsasında “P2i” adlı universal su buraxmayan örtük hazırlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, universal örtük predmetin səthində nazik nanometr plyonkası yaradır. Bu halda predmetin fiziki xüsusiyyətləri dəyişməzdir. “P2i” örtüyü əlavə edilmiş mobil telefonla duşun altında təhlükəsiz danışmaq olar.

Texnologiya hələ ki bir sıra çatışmazlıqlara malikdir. Əgər obyekt suya tam salınırsa, örtük onu “xilas” edə bilməyəcək. Bundan başqa, texnoloji proses hələ ki nisbətən kiçik obyektlərə örtük əlavə etməyə imkan verir. Lakin alimlər bu çatışmazlıqları yaxın gələcəkdə aradan qaldırmağa hazırlaşırlar.




EMİL





01/10/12    Çap et